Azərbaycanın COP29-da liderliyini yüksək qiymətləndiririk - ABŞ Prezidentinin müşaviri
“Mən burada, Bakıda Pre-COP-da iştirak etməkdən məmnunam. İlk öncə ABŞ-nin Azərbaycanın COP29-da liderliyini yüksək qiymətləndirdiyini bildirmək istəyirəm. Prezident İlham Əliyev ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi güclü komanda təyin edib.
Biz Azərbaycan COP29-u bir ildən az müddətdə keçirmək qərarını verdikdən sonra prioritetlərimizi razılaşdırdıq”, - o bildirib.
Con Podesta, həmçinin, Prezident İlham Əliyevlə görüşdüyünü və COP29-da uğurlu nəticənin əldə olunması üçün hazırlıq, Ermənistanla davamlı sülh sazişi imzalamaq üçün göstərilən səylər barədə fikir mübadiləsi apardığını qeyd edib.
“Dünyada gördüyümüz iqlim təsirləri, bizə istixana qazlarının emissiyalarını azaltmaq, dayanıqlılıq və uyğunlaşmaya sərmayələri artırmaq üçün daha çox şey etməli olduğumuzu açıqca göstərir”, - o əlavə edib.
AzVision.az
Teqlər: