Qərbi Azərbaycan İcması Ermənistanın prezidentinə cavab verib

Qərbi Azərbaycan İcması Ermənistanın prezidentinə cavab verib
  13 Oktyabr 2024    Oxunub:878
Ermənistanın Prezidenti Vahaqn Xaçaturyan mətbuata müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb.
Buna cavab olaraq Qərbi Azərbaycan İcması Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmamasını absurd adlandırıb. Bildirilib ki, bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir:

"Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayırıq və Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik".

AzVision.az



Teqlər:





Xəbər lenti