Xəzər quruyur - Suyun səviyyəsi günbəgün düşür
Qazaxıstan Respublikası Kazidromet Dövlət Müəssisəsinin Xəzər Dəniz Hidrometeoroloji Tədqiqatları Şöbəsinin rəhbəri Ayzat Eltay bildirib ki, proqnozlara əsasən, bu il su anbarının səviyyəsi ötən illə müqayisədə 15 santimetr azalacaq.
Ekspertlərin qeyd edir ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi iqlim dəyişikliyi və havanın temperaturunun yüksəlməsidir. İkinci mühüm səbəb dənizin su balansına təsir edən antropogen amillərdir.
Rəsmi məlumatlara görə, 2006-cı ildən bəri Xəzər dənizinin səviyyəsi 176 santimetr aşağı düşüb.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: