Dincəlməyi bacarırsınızmı? –TEST

Dincəlməyi bacarırsınızmı? –TEST
  15 İyul 2014    Oxunub:3155
İstirahətin həzzini çıxara bilirsinizmi və ya ümumiyyətlə istirahət etməyi bacarırsınızmı? AzVision.az-ın təqdim etdiyi testin suallarına cavab verməklə bunu müəyyən edə bilərsiniz.
Tez-tezmi qəmgin olursunuz?

а) Bəli, qəmgin olduğum hallar olur.

b) Nadir hallarda.

c) Demək olar ki heç vaxt.

Hansısa hobbiniz var?

а) Əbəttə ki var!

b) Vardı, indi yoxdur.

c) İşim həm də bir nov mənim hobbimdir.


Həftə sonu mümkün qədər gec yatıb, sabah günün ikinci yarısında oyanmaq kimi bir vərdişiniz varmı?

а) Bəli.

b) Yox, çalışıram belə etməyim.

c) Hərdən olur.

İşinizin xətrinə həftə sonu istirahət günlərindən əl çəkə bilərsinizmi?

а) Belə olub, həm də dəfələrlə.

b) Mümkündür.

c) Öz təşəbbüsümlə yox.

İstirahət günlərini adətən necə keçirirsiniz?

а) İstirahət vaxtını teatr, sərgi və kinoda, yaxud da əyləncəli idman növləri ilə məşğul olmaqla keşirməyə üstünlük verirəm.

b) Yataqda uzanmağı, ədəbi kitablar oxumağı, kompüter arxasında oturmağı, ya da televizora baxmağı sevirəm.

c) Müxtəlif cür. Havanın və ya əhvalımın necəliyindən asılı olaraq dəyişir.

Sizcə, iş və ya istirahət rejiminin dəyişməyinə asanlıqla alışa bilirsinizmi?

а) Düşünürəm ki, hə.
b) Bəzən hər şeyə yenidən başlamağa çətinlik çəkirəm.
c) Heç də həmişə yox.

Bu deyimlərdən özünüzə daha yaxın bildiyinizi seçin:

а) “İstirahətə kifayət qədər vaxt ayrmayan adam, öz bıçaqlarını heç vaxt itiləməyən nəqqaşa bənzəyir”.

b) “İnsan elə yaradılıb ki, o, yalnız yeni işə başlayanda köhnəsindən dincəlir”.

c) “Yorulmağı hiss etməzdən əvvək dincəlmək lazımdır”.

Qonaq getməyi sevirsinizmi?

а) O qədər də yox.
b) Bəli, qonaqlıqları çox sevirəm.
c) Hərdənbir, köhnə tanışlarımgilə gedirəm.

Əyləncə üçün işinizi təxirə salmağa hazırsınızmı?

а) Hərdənbir belə edirəm.
b) Bu mümkün deyil.
c) Əgər işlərim çox da təcili deyilsə, ola bilər.

İş maraqlıdırsa məzuniyyətə ehtiyac yoxdur fikri ilə razısınızmı?

а) Demək olar ki, yox.
b) Müəyyən mənada hə.
c) Qətiyyən yox.



Cədvəldən istifadə edərək balları hesablayın və nəticələrlə tanış olun.

10–16 bal.Belə aydın olur ki, siz vaxt öldürməyi sevən biri deyilsiniz və istirahətiniz adətən rəngarəng olur. Boş günlərinizi dəyərləndirməyi sevirsiniz. Bir qayda olaraq məclisdə “ağ qarğa” olmaq sizə görə deyil və şox güman ki məclisdə arzuolunan qonaqlarından birisiniz.

17–23 bal.Özünüzə faydalı istirahət verə bilənsiniz. İstirahətdə qızıl ortanı tapa bilmək zəmanəmizdə çox aktualdır və siz də bu baxımdan həddi aşmamağa calışırsınız. Bir sözlə, sizin üçün hərdən maskaradlar təşkil etmək və ən azı bir neçə saatlıq həmin “parti”nin super qəhrəmanı və ya mehriban pərisi olmaq yaxşı olardı.

24–30 bal.Çox güman ki, siz heç də həmişə işləri unudub bir qədər rahatlamağı bacarmırsınız. İstirahət bir incəsənətdir və öyrənməyə dəyər. Müdriklər yaxşı deyib: `istirahət etməyi bacaranlar, şəhərlər fəth edən fatehlərdən güclüdürlər`. İnanın, bir müddət gündəlik qayğılardan uzaqlaşmaqla dünyanın sonu olmaz!

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti