Problemli kreditlərin məbləği 11 %-dən çox azalıb

Problemli kreditlərin məbləği 11 %-dən çox azalıb
  15 Oktyabr 2024    Oxunub:328
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, cari il sentyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq, milli valyuta ekvivalentində 27 milyard 649,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 23 milyard 303,5 milyon manatı və ya 84,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 94,3 faizi banklar, 5,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 11,5 faiz azalaraq 473,1 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti