İqtisadiyyat üzrə 2024-cü ilin Nobel mükafatı laureatları məlum olub

   İqtisadiyyat üzrə 2024-cü ilin Nobel mükafatı laureatları məlum olub
  15 Oktyabr 2024    Oxunub:1697
Bunlar ABŞ iqtisadçıları Daron Əcəmoğlu, Saymon Conson və Ceyms Robinsondur.
AzVision.az xəbər verir ki, İqtisadiyyat üzrə Nobel mükafatı alimlərə “institutların formalaşması və onların rifaha təsirləri ilə bağlı araşdırmalarına görə” verilib.

Mükafat sahibləri öz tədqiqarlarında göstəriblər ki, ölkələrdə müxtəlif rifah səviyyələrinin səbəblərindən biri də müstəmləkəçilik zamanı yaradılan sosial institutlardır.

Müstəmləkəçilik dövründə yoxsul olan ölkələr çox vaxt inklüziv institutları (cəmiyyətin geniş təbəqələrinin mülkiyyət hüquqlarını qoruyan və bütün vətəndaşların mənfəət üçün iqtisadi münasibətlərdə iştirakına imkan verən qurumlar) qəbul ediblər.

AzVision.az




Teqlər:





Xəbər lenti