Vem Miller: “Mən milliyətcə erməniyəm”

      Vem Miller:    “Mən milliyətcə erməniyəm”
  17 Oktyabr 2024    Oxunub:388
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına üçüncü sui-qəsd cəhdində günahlandırılan 49 yaşlı Vem Miller bu ittihamın yalan olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Vem Miller “Fox News Digital” telekanalına müsahibəsində onun maşınında aşkarlanan silahın sui-qəsd cəhdinə dəlalət etmədiyini deyib.

“ Mən həmişə yük maşınımın arxasında silahla səyahət edirəm. Özüm isə 30 ildir ki, mediada çalışıram. Ən yaxşı sənətçilərlə musiqi videoları və televiziya şouları üzərində işləmişəm və media “senzurasına” qarşı mübarizə aparmaq üçün “America Happens Network” layihəsini işə salmışam”, - Vem Miller deyib.

Miller avtomobilində tapılan bütün saxta şəxsiyyət vəsiqələri və pasportlar barədə suala onların heç birinin saxta olmadığını iddia edib. Miller, həmçinin bildirib ki, milliyyətcə ermənidir və onun tam erməni adını göstərən sənədləri var.

Trampa sui-qəsd cəhdində şübəli bilinən Vem Millerin iddiasına görə, o, son vaxtlar “birməanlı şəkildə daha çox respublikaçıdır” və “100%” ABŞ-nin keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampı dəstəkləyir.

Trampa qarşı 3-cü sui-qəsd cəhdinin qarşısı alınıb
Qeyd edək ki, Vem Miller Trampa qarşı 3-cü sui-qəsd cəhdində şübhəli qismində saxlanılıb. Ona qədər isə bu ilin iyul və sentyabr aylarında ABŞ-nin sabiq prezidenti və hazırda respublikaçıların prezidentliyə namizədi Donald Trampa qarşı 2 sui-qəsd cəhdi olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Trasmp   Miller   erməni  





Xəbər lenti