Avropaya qaz tədarükü ilə bağlı Kiyev Bakıya yeni təklif verib

   Avropaya qaz tədarükü ilə bağlı Kiyev Bakıya yeni təklif verib
  17 Oktyabr 2024    Oxunub:1097
Azərbaycan qazının Ukrayna ərazisindən keçməklə Avropaya nəqli barədə Bakıya yeni sxem təklif edib.
AzVision.az xəbər verir ki, mənbələrə istinadən belə məlumat yayan “RBK Ukrayna” agentliyinin yazdığına görə, hazırda qazın Ukraynanın yeraltı anbarlarında saxlanması və sonradan Slovakiyaya və ya digər ölkələrə çatdırılması variantı müzakirə olunur. Nəticədə belə tədarüklər tranzit deyil, qazın təkrar ixracı hesab olunacaq. Alternativin mahiyyəti ondan ibarətdir ki, qazın sahibi əvvəlcə onu sadəcə saxlanmaq üçün yeraltı qaz anbarına (YQA) vura, sonra isə ondan öz mülahizəsinə uyğun istifadə edə bilər.

“Belə təkliflər bir neçə ay əvvəl həm Azərbaycana, həm də Slovakiyaya verilib. Məsələn, Azərbaycan qaz vursa, o zaman bazar şəraitindən və Avropa İttifaqı (Aİ) ölkələrinin qaza tələbatından asılı olaraq, onu birja və ya müqavilələr əsasında sata biləcək. Əgər Slovakiya bu təkliflə razılaşarsa, o zaman Ukrayna ilə Rusiyanın sərhədində və ya onun Azərbaycandan Rusiyaya giriş nöqtəsində qaz ala, Ukraynanın YQA-larına qaz vura və daha sonra ehtiyac yarandıqda üçüncü ölkələrə satmaq ondan istifadə edə bilər”, - Ukrayna nəşri vurğulayır.

“RBK Ukrayna” agentliyinin həmsöhbətləri qeyd ediblər ki, müzakirə prosesini danışıqlar adlandırmaq çətindir, lakin bu mövzu ikitərəfli görüşlərdə qaldırılır. Hələlik nə Azərbaycan, nə də Slovakiya bu fikrə yekun cavab verməyib.

Agentliyin məlumatında, həmçinin Azərbaycan qazının öz əraizindən keçməklə Slovakiyaya nəqli ilə bağlı Ukraynanın üçün təhlükəsizlik şərtləri qoyduğu bildirilir. Həmin şərtlərə görə, Azərbaycan və ya Slovakiya Rusiya ilə qaz nəqli sisteminin obyektlərinin atəşə tutulmasının yolverilməzliyi barədə razılığa gəlsəдэк, belə tədarüklər mümkün olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Slovakiya   Ukrayna   qaz  





Xəbər lenti