Azərbaycanlılardan Saakaşviliyə dəstək - FOTO

Azərbaycanlılardan Saakaşviliyə dəstək - FOTO
  20 Aprel 2013    Oxunub:1167
Saakaşvili tərəfdarlarının keçirdiyi mitinqdə iştirakçının əlində Azərbaycan bayrağı var
Bu gün Gürcüstan paytaxtında – parlamentin köhnə binasının qarşısında prezident Mixail Saakaşvilinin tərəfdarlarının mitinqi olub. AzVision.az xəbər verir ki, Rustaveli prospektində keçirilən aksiyada çıxış edən Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Georgi Vaşadze bu gündən ölkədə yeni milli hərəkatın başlandığını deyib. O qeyd edib ki, əsas məqsədləri insanların azad yaşamasına və sosial problemlərin həllinə nail olmaqdır:

“Gürcüstanda hər millətin nümayəndələrinin komfort şəraiti olmalıdır. Yeni milli hərəkat Gürcüstana yeni uğurlar gətirəcək. Gürcüstan Avropaya inteqrasiya yolundan əl çəkməməlidir”.

Saakaşvilinin “Facebook” sosial şəbəkəsində bugünki mitinqdən paylaşdığı fotolardan birindəki məqam isə diqqətli cəlb edib. Belə ki, mitinqdə gürcü bayraqları ilə yanaşı Azərbaycan bayrağı da dalğalanır. Mitinqə çıxan gənclərdən birinin əlində Azərbaycan bayrağı var və onlar Saakaşviliyə dəstək olduqlarını bildirirlər.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti