33 ildə Azərbaycan böyük inkişafa nail olub - Səfir

      33 ildə Azərbaycan böyük inkişafa nail olub -       Səfir
  18 Oktyabr 2024    Oxunub:1238
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə diplomat özünün X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, Azərbaycan xalqını bu möhtəşəm bayram münasibətilə təbrik edib:

“1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olmuşdur. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm”,- deyə səfir qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti