Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır
  19 Oktyabr 2024    Oxunub:398
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtda yeni növ dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb.
AYNA-dan AzVision.az -a bildirilib ki, şəhər mobilliyi və infrastrukturu nəzərə alınmaqla, eləcə də piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə dar və ensiz səkilərdə bu tip dayanacaq pavilyonları quraşdırılacaq.

Qeyd edək ki, ilk olaraq 8 Noyabr prospektində bu tip dayanacaq pavilyonunun quraşdırılmasına başlanılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti