"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı

 "Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı
  19 Oktyabr 2024    Oxunub:265
Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb.
AzVision.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda "Neftçi Arena"da baş tutan görüşdə 3:1 hesablı qələbə qazanıb.

"Neftçi"dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.

Qeyd edək ki, X turda bu gün baş tutan "Şamaxı" - "Araz Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" matçından isə Ağdam təmsilçisi böyük hesablı üstünlüklə ayrılıb - 5:0. X turun digər görüşləri sabah oynanılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti