“Toyuq, yoxsa yumurta” sualına elmi cavab verildi

   “Toyuq, yoxsa yumurta” sualına    elmi cavab    verildi
  20 Oktyabr 2024    Oxunub:463
Nəhayət ki, alimlər bəşəriyyəti əsrlərdir düşündürən “Toyuq əvvəl yaranıb, yoxsa yumurta” sualına cavab veriblər. Zooloq Culs Hovard “Planet Today”ə bildirib ki, yumurta bir həyat forması kimi toyuqdan qat-qat qədimdir.
İlk yumurtalar çoxalma mexanizmi kimi hələ 600 milyon il bundan əvvəl meydana çıxıb. Qədim dənizlərdə yaşayan ibtidai canlılar məhz yumurta qoymaq yolu ilə çoxalıblar.

Bəs toyuq nə zaman yaranıb? Flinders Universitetinin professoru Ellen Meterin sözlərinə görə, indi gördüyümüz şəkildə toyuqlar təxminən 3500 il əvvəl formalaşıblar. İlk toyuq cinsləri vəhşi quşların əhliləşdirilməsi nəticəsində yaranıb.

Söhbət ümumiyyətlə yumurtadan yox, konkret və məhz toyuq yumurtasından gedirsə, təbii ki, bunun üçün əvvəlcə əhliləşmiş toyuq cinsləri formalaşmalı idi. Amma digər tərəfdən, toyuqların əcdadları hələ vəhşi çöl quşları olanda, yəni toyuq olmayanda belə, yumurtlayırdılar. Beləliklə, bütün hallarda yumurta toyuqdan əvvəl mövcud olub.

Xatırladaq ki, 3 il əvvəl AzVision.az bu suala bir qədər başqa rakursdan da toxunmuşdu.

Tariyel Həsənov



Teqlər: Elm  





Xəbər lenti