"Qeyri-neft ixracatında artım qeydə alınıb"

   "Qeyri-neft ixracatında artım qeydə alınıb"
  21 Oktyabr 2024    Oxunub:1202
"2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra yanvar-sentyabr aylarında ilk dəfə olaraq qeyri-neft ixracatında artım qeydə alınıb. Bu müddətdə qeyri-neft ixracatının həcmi 1.3 faiz artaraq 2.5 milyard dollar olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, həmin müddətdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon dollar olub".
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, əvvəlki dövrlərdə qeydə alınan azalma elektrik enerjisi, spirtli və spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı idi:

Mikayıl Cabbarov: Cari ilin 8 ayında qeyri-neft sektorunda 7 faiz artım olub
"Bu ilin 9 ayındakı artıma mövsümü faktorlar ilə yanaşı aqrar məhsulların ixacatının çoxalması də təsir göstərib. Bütün bunlar ilə yanaşı, yenə də qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır. Belə ki, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir".

Deputat onu da qeyd edib ki, qeyri neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür:

"Neftsiz ixracatın 34.5 faizi Rusiya, 18.1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlı baxımından da vacibdir".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   qeyri-neftixracatı   aqrar-sənayeməhsulları  





Xəbər lenti