Nazir Bakıda və Abşeronda su basmış ərazilərdə olub

Nazir Bakıda və Abşeronda su basmış ərazilərdə olub
  22 Oktyabr 2024    Oxunub:1070
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda yağıntılarla bağlı su basmış ərazilərə gedib.
Bu barədə AzVision.az nazirlikdən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən fasiləsiz olaraq zəruri təhlükəsizlik tədbirləri görülür.

Görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
AzVision.az



Teqlər:





Xəbər lenti