Sabunçu tunelində batan ikinci şəxsin meyiti çıxarılıb

   Sabunçu tunelində batan ikinci şəxsin meyiti çıxarılıb
  22 Oktyabr 2024    Oxunub:1351
Subasmaya məruz qalmış tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs -1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər: Meyit  





Xəbər lenti