Blinken Netanyahu ilə görüşüb

   Blinken Netanyahu ilə görüşüb
  22 Oktyabr 2024    Oxunub:1040
ABŞ Dövlət katibi Antoni Blinken İsrail-HƏMAS müharibəsi başlayandan bəri Yaxın Şərqə növbəti səfəri çərçivəsində İsraildə bu ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüş keçirib.
Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, tərəflər Qəzza zolağında atəşkəs və əsir mübadiləsi üzrə danışıqlar ətrafında müzakirə aparırlar.
İsrailli nazir: "Artıq müharibəni bitirmək lazımdır"

Xatırladaq ki, HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri Yəhya Sinvar ötən günlərdə İsrail əsgərləri tərəfindən Qəzza zolağındakı Rəfəh şəhərində planlaşdırılmamış əməliyyat çərçivəsində öldürülüb. Nəticədə İsrail və HƏMAS arasında atəşkəs üçün yeni imkan yaranıb. Danışıqların vasitəçilərindən biri, ABŞ Dövlət katibi Antoni Blinken imkanı dəyərləndirmək məqsədilə Yaxın Şərqə növbəti dəfə səfərə gedib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   müharibə   danışıqlar  





Xəbər lenti