SEPAH komandiri: "Qisas alacağıq"

SEPAH komandiri:    "Qisas alacağıq"
  28 Oktyabr 2024    Oxunub:900
"İranın hərbi obyektlərinə zərbələr endirən İsrail acı nəticələrlə üzləşəcək".
Bu sözləri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Salami söyləyib.

"Düşmən şənbə günü həyata keçirdiyi hava hücumları ilə öz məşum məqsədinə çata bilmədi. Qəzzada HƏMAS-la, Livanda "Hizbullah"la döyüşən İsrail ağır cavab verəcək", - o vurğulayıb.
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib - VİDEO

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri şənbə oktyabrın 26-da İranın cari ayın əvvəlində baş vermiş genişmiqyaslı raket hücumuna cavabən bu ölkədəki hərbi obyektlərə aviazərbələr endirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   münaqişə  





Xəbər lenti