Kamala Harris: “Tramp dövrünü bitirmək lazımdır”

            Kamala Harris:    “Tramp dövrünü bitirmək lazımdır”
  30 Oktyabr 2024    Oxunub:1358
Vitse-prezident və ABŞ prezidentliyinə namizəd Kamala Harris noyabrın 5-də keçiriləcək seçkilər öncəsi Vaşinqtonda minlərlə izdiham qarşısında son böyük nitqlə çıxış edib.
AzVision.az xəbər verir ki, çıxışına “Axşamın xeyir, Amerika!” süarı ilə başlayan demokratların prezidentliyə namizədi Kamala Harris qarşıdan gələn seçkilərin “iki partiya və iki fərqli namizəd arasında seçim etməkdən daha böyük hadisə” olduğunu bildirib.

“Bu, bizim hər bir amerikalı üçün azadlıq üzərində qurulmuş, yoxsa xaos və fitnə ilə idarə olunan bir ölkəyə sahib olacağımızla bağlı seçimdir. Amerika liderlərinin yeni nəsli üçün vaxt yetişib”, - Kamala Harris vurğulayıb.

“BBC” telekanalının qeyd edir ki, bu mitinqin yeri təsadüfən seçilməyib. “Ellips parkı” kimi tanınan bu məakn Ağ Evin yanında yerləşir və 2021-ci il yanvarın 6-da Harrisin rəqibi keçmiş prezident Donlad Tramp, bəziləri Kapitoliyə hücum etməzdən əvvəl, məhz burada öz tərəfdarları qarşısında çıxış edib. Həmin məqamı xatırladan demokrat namizəd Trampın əslində dağıdıcı bir qüvvə olduğunu iddia edib. Bu baxımdan, o, seçkilərəd qalib gələcəyi halda, prezidentliyinin Co Baydenin rəhbərliyindən fərqli olacağını deyib.

- Tramp demək olar ki, dörd il əvvəl məhz bu yerdə dayanıb və uduzduğunu bilə-bilə, azad və ədalətli seçkidə xalqın iradəsini üstələmək üçün Kapitoli təpəsinə silahlı dəstə göndərib. O, qeyri-sabitliyə meylli, intiqam hissi ilə aşıb-daşan, incik və hüdudsuz hakimiyyət hərisi olan bir insandır. Co Baydenin vitse-prezidenti vəzifəsində işləmək şərəf idi. Amma mən Oval kabinetə öz təcrübəmi və fikirlərimi gətirəcəyəm. Mənim prezidentliyim fərqli olacaq, çünki qarşılaşdığımız problemlər fərqlidir”, - Kamala Harris amerikalılara müraciət edib.

Onun sözlərinə görə, dörd il əvvəl mövcud administrasiyanın əsas prioriteti “pandemiyaya son qoymaq və iqtisadiyyatı xilas etmək” idi. İndiki ən vacib vəzifə isə pandemiyadan əvvəl də artan və hələ də çox yüksək olan xərcləri azaltmaqdır. Ən əsası isə, demokrat namizəd seçiciləri Donald Trampın siyasi dövründən qurtulmağa çağırıb.

- Amerika, biz Donald Trampın nə hazırladığını bilirik. Daha çox xaos. Daha çox bölgü. Onun siyasəti ən yuxarıda olanlara kömək edən və hər kəsə zərər verən siyasətdir. Birləşmiş Ştatlar təlqinçi-diktatorların intriqaları üçün sığınacaq məkanı deyil. Biz barmaqlarımızı bir-birimizə tuşlamağı dayandırmalı və əl-ələ verməliyik. Drama və münaqişə, qorxu və parçalanma haqqında səhifəni çevirməyin vaxtıdır. Amerikada yeni nəslin vaxtıdır. Donald Trampdan fərqli olaraq, mənimlə razılaşmayan insanları düşmən hesab etmirəm. Tramp onları həbsə atmaq istəyir. Mən isə onlara masa arxasında yer verəcəyəm”, - Kamala Harris seçicilərə vəd edib.

“BBC” telekanalının Şimali Amerika müxbiri Entoni Zurkerin iddiasına görə, bütöv çıxışlar Kamala Harrisin üstün cəhətidir. Bu baxımdan, onun dünənki çıxışı çox güman ki, son günlərdə onun kampaniyasının vurğulamaq istədiyi əsas məqamlara toxunub.

Halbuki, Entoni Zurkerdən fərqli olaraq, əksər ekspertlər Kamala Harrisin istər fraqmentar, istərsə də bütöv çıxışlarının mahiyyət etibarı ilə kasad olduğunu vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Harris   Tramp   seçkilər  





Xəbər lenti