Livanda 100-dən çox tibb işçisi ölüb

 Livanda  100-dən çox  tibb işçisi ölüb
  31 Oktyabr 2024    Oxunub:727
Yaxın Şərqdə vəziyyətin pisləşməsindən sonra bu il Livanda ən azı 102 tibb işçisi həlak olub, 83 nəfər isə yaralanıb.
Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

BMT-nin məlum sənədində qeyd edilib ki, 2023-cü il oktyabrın 8-dən Livanda tibb müəssisələrinə ən azı 55, təcili yardım maşınlarına isə 27 hücum qeydə alınıb.
Xatırladaq ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar zamanı daha çox təşkilatın Livan ərazisindəki hərbi hədəflərinə kütləvi hava zərbələri endirilir. Sentyabrın 27-də Beyrutda törədilən partlayışlardan biri nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.

Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti