“Azərkosmos” 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib

“Azərkosmos” 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib
  02 Noyabr 2024    Oxunub:1033
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi ixrac icmalında qeyd edilib.

Məlumata görə, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74%-ni təşkil edib. 2024-cü ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4.4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 736.6 min ABŞ dolları ilə BƏƏ, 493,9 min ABŞ dolları ilə Türkiyə, 488.1 min ABŞ dolları ilə Rusiya qərarlaşıb.

AzVision.az




Teqlər:





Xəbər lenti