AMB valyuta bazarına satışyönlü müdaxilə edib

   AMB valyuta bazarına satışyönlü müdaxilə edib
  01 Noyabr 2024    Oxunub:990
Bu ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarına satışyönlü müdaxilə edib.
AzVision.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. Məlumata görə, bu il valyuta bazarında sabitlik qorunub, AMB-nin təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilib. Ümumilikdə valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir.

Bununla belə, ötən ay xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi satış olub.

Beləliklə, AMB-nin valyuta ehtiyatları 10 ayda 241 milyon ABŞ dolları azalıb. Valyuta satışı 2023-cü ildə bazardan alınmış 2,1 milyard ABŞ dolları məbləğində xarici valyuta hesabına aparılın. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir.

AzVision.az



Teqlər:





Xəbər lenti