SİMA piyadaları cərimələmək üçün deyil- AÇIQLAMA
Bu barədə SİMA mobil tətbiqinin yaradıcısı olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”dan bildirilib.
“SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur. İctimaiyyətin düzgün məlumatlandırılması üçün yalnız rəsmi mənbələrdən əldə edilən informasiyalara istinad edilməsi tövsiyə olunur”, - məlumatda qeyd edilib.
AzVision.az
Teqlər: