Azercell-dən qadınlarla bağlı dörd layihəyə dəstək |
Qeyd edək ki, “COP29 Human Capital Forum”u Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf" proqramı çərçivəsində "Rəqabətli insan kapitalı və müasir innovasiyalar" prioritetinə əsaslanıb. Forumda yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə rəhbərləri, konsaltinq şirkətləri və dövlət qurumlarının nümayəndələri insan kapitalının davamlı inkişafı və iqlim dəyişikliyi ilə mübarizədə innovativ həllər mövzusunda fikir mübadiləsi aparıblar.
Forum dünyanın 160-dan çox ölkəsində 15000-dən çox şirkət və 5000-dən artıq üzvü olan BMT-nin Qlobal Sazişi ilə tərəfdaşlıq çərçivəsində keçirilib. Azercell də 2023-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək məqsədilə bu sazişə qoşulub və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.