Al-Jazeera: "ABŞ UNRWA-ya qoyulan qadağaya qarşı çıxmalıdır"

      Al-Jazeera:    "ABŞ UNRWA-ya qoyulan qadağaya qarşı çıxmalıdır"
  04 Noyabr 2024    Oxunub:936
İsrailin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinın (UNRWA) bu ölkədə fəaliyyətinə qadağa qoyması "Fələstin problemi"nə son qoymaq planının bir hissəsidir".
Bu sözləri "Al-Jazeera" xəbər agentliyinə açıqlamasında Doha Magistr Araşdırmaları İnstitutunun ictimai siyasət elmləri üzrə dosenti Tamir Qərmut dilə gətirib.

"Sözügedən qərar Fələstin xalqının varlığına dağıdıcı zərbədir. UNRWA-nın regiondakı əməliyyatlarına qadağa qoymaq fələstinlilərin həyati imkanlardan məhrum qalmaları ilə nəticələnəcək. İsrail-HƏMAS münaqişəsinin əsas vasitəçi tərəfi ABŞ bu qərarın icrasının qarşısını almalıdır", - mütəxəssis vurğulayıb.

(ictimai siyasət elmləri üzrə dosent, mütəxəssis Tamir Qərmut)
İsrail BMT Agentliyi ilə əməkdaşlığına xitam verib

UNRWA 1949-cu ildə BMT Baş Assambleyası qərarı ilə yaradılıb. İlkin məqsədi 1948-ci ildə Fələstin-İsrail müharibəsi dövründə etnik təmizləməyə məruz qalan fələstinlilərin müdafiəsi idi. Hazırda isə Fələstin, İordaniya, Suriya və Livandakı qaçqın düşərgələrində yaşayan insanlara ictimai, tibbi, və təcili yardım xidmətləri göstərir. İsrail parlamenti bu təşkilatın ölkə ərazisində fəaliyyətinə rəsmi şəkildə qadağa qoyub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   BMT   qərar  





Xəbər lenti