Netanyahu müxalifət lideri ilə görüşəcək

Netanyahu müxalifət lideri ilə görüşəcək
  04 Noyabr 2024    Oxunub:886
İsrailin Baş naziri Benyamin Netanyahunun müxalifət rəhbəri, "Yeş Atid" ("Gələcək var") Partiyasının lideri Yair Lapidlə görüşü nəzərdə tutulur.
Bu barədə yerli mediada məlumat yayılıb. Bildirilir ki, onlar birgə təhlükəsizlik brifinqi keçirəcəklər.

Yeri gəlmişkən, Yair Lapid Baş nazir Benyamin Netanyahunun Qəzza zolağında müharibə ilə yürütdüyü siyasət əleyhinə mütəmadi tənqidi fikirlər səsləndirir.

Digər tərəfdən, Qətərin "Al-Araby al-Jadeed" qəzetinin xəbərinə görə, İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqlar çərçivəsində Fələstinin HƏMAS və FƏTH terror təşkilatları Qəzzanın postmüharibə dövründə idarəsi üzrə bitərəf fələstinli nümayəndələrdən ibarət texnokrat komitənin yaradılması barədə razılığa gəliblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   müharibə   danışıqlar  





Xəbər lenti