Azərbaycanın ECO-dakı daimi nümayəndəsi Baş katiblə təşkilatın COP29-dakı iştirakını müzakirə edib

   Azərbaycanın ECO-dakı daimi nümayəndəsi Baş katiblə təşkilatın COP29-dakı iştirakını müzakirə edib
  06 Noyabr 2024    Oxunub:1029
Azərbaycanın ECO-dakı daimi nümayəndəsi, ölkənin İrandakı səfiri Əli Əlizadə qurumun Baş katibi Əsəd Xanla təşkilatın COP29-dakı gələcək iştirakını müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə ECO-nun mətbuat xidməti bildirib.

“ECO-nun Baş katibi Dr. Əsəd M. Xan Azərbaycanın ECO-dakı daimi nümayəndəsi səfir Əli Əlizadə ilə görüşüb”, – mətbuat xidməti qeyd edib.

Bakının quruma dəstəyini və ECO gündəliyinin irəliləməsində fəal rolunu qeyd edən Baş katib səfirə Nyu-York, Aşqabad və Daşkənddə üzv dövlətləri nazirləri ilə son iclasları barədə məluma verib.

AzVision.az



Teqlər:





Xəbər lenti