BMT Baş katibi Antonio Quterreş həftəsonu Bakıya səfər edəcək
"Baş katib çərşənbə axşamı COP29-un açılış mərasimində çıxış edəcək və dünya liderlərini fosil yanacaq istehsalını və istehlakını azaltmaq üçün səyləri artırmağa, ədalətli və effektiv razılığa gəlməyə çağıracaq. O, üzv ölkələri karbon bazarını inkişaf etdirməyə və digər tədbirlərlə yanaşı, bütövlükdə iqlimin maliyyələşdirilməsində əsaslı dəyişikliyə çağıracaq. Baş katib, həmçinin üzv dövlətləri 1,5 dərəcə ilə uyğunlaşmaq üçün milli töhfələri təqdim etməyə çağıracaq".
AzVision.az
Teqlər: