Reuters: “ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər”

   Reuters: “ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər”
  12 Noyabr 2024    Oxunub:538
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

Təyinat təsdiq olunarsa, Rubio yanvarda fəaliyyətə başlayacaq yeni Tramp administrasiyasında bu vəzifəni tutan ilk latın-amerikalı və ölkənin baş diplomatı olacaq. Çin, İran və Kubaya münasibətdə sərt mövqeyi ilə tanınan Rubio Trampın dövlət katibi vəzifəsinə siyahısında ən aqressiv namizəd idi.

Son illərdə Marko Rubio öz baxışlarını ABŞ-nin keçmiş prezidentlərini Amerikanı uzunmüddətli, baha başa gələn müharibələrə sürükləməkdə tənqid edən Trampın daha təmkinli xarici siyasətinə uyğunlaşdırıb. Tramp qərarların tez-tez dəyişməsinə meyilli olsa da, mənbələr bu dəfəki seçimin demək olar ki, dəyişməyəcəyini iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Rubio  





Xəbər lenti