COP29 I Ərdoğan COP29 çərçivəsində Tokayevlə görüşüb

 COP29 I  Ərdoğan COP29 çərçivəsində Tokayevlə görüşüb
  12 Noyabr 2024    Oxunub:484
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29 çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Türkiyə ilə Qazaxıstan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan gələcəkdə atılacaq addımlarla Türkiyə ilə Qazaxıstan arasında müdafiə sənayesi, enerji, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsini hədəflədiklərini və iki ölkə arasındakı münasibətləri hər sahədə inkişaf etdirmək üçün işlərin davam edəcəyini bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti