Azərbaycan BP ilə birgə fəaliyyəti möhkəmləndirir

   Azərbaycan BP ilə birgə fəaliyyəti möhkəmləndirir
  15 Noyabr 2024    Oxunub:1118
COP29 çərçivəsində Azərbaycan və BP şirkəti arasında enerji keçidi sahəsində birgə fəaliyyətin möhkəmləndirilməsi müzakirə olunub.

AzVision.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşündə aparılıb.

Görüşdə bildirilib ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində enerji keçidi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu baxımdan, BP ilə enerji keçidi, o cümlədən, günəş enerjisi layihəsi üzrə tərəfdaşlığın önəmi diqqətə çatdırılıb.

Qeyd olunub ki, şirkət Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.

Tərəflər ölkəmizin fəal iştirakı ilə reallaşan “yaşıl enerji” layihələri, enerji transformasiyası sahəsində birgə fəaliyyətin möhkəmləndirilməsi imkanları və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti