Azərbaycanın neft-qaz sektoruna bu il 4,5 mlrd. manatdan çox vəsait yönəldilib

   Azərbaycanın neft-qaz sektoruna bu il 4,5 mlrd. manatdan çox vəsait yönəldilib
  18 Noyabr 2024    Oxunub:700
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 523,2 mln. manat həcmində vəsait yönəldilib.
AzVision.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunub ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 9,1% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti