Paşinyan nazirləri “WhatsApp” vasitəsilə işdən çıxarıb - "Hraparak"

   Paşinyan nazirləri “WhatsApp” vasitəsilə  işdən çıxarıb    - "Hraparak"
  19 Noyabr 2024    Oxunub:649
Xəbər verdiyimiz kimi Ermənistanda yüksək rütbəli məmurlar istefa veriblər.
Baş nazir Nikol Paşinyan bununla bağlı Facebookda paylaşım edərək məmurlardan öz postlarını tərk etmələrini xahiş etdiyini deyib. “Hraparak” qəzeti isə yazıb ki, Ermənistanın baş naziri keçmiş rəsmiləri qara xəbərdən “WhatsApp” vasitəsilə məlumatlandırıb: "O, nazirlərin işdən çıxmalarına dair qərarını sosial şəbəkələrdə yazıb.
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri istefa verib
Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan gecə saatlarında məlum mesajı alanda gəzintidə imiş. Lakin bunun saxta xəbər və ya telefonla göndərilən “virusu” olduğunu öyrənmək üçün geri zəng etməyə cəsarət etməyib. Amma o, yaranmış bu vəziyyəti müzakirə etmək üçün yaxınlarına zəng etməli olub”, – qəzet öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, Badasyan gecə saatlarına kimi yaxın çevrəsi ilə aldığı şok mesajı müzakirə edib. O, bundan sonra nə edəcəyini bilmirmiş: "Məmur baş nazirə dərhal cavab vermək, yaxud da səhərə qədər gözləmək kimi çətin seçim qarşısında qalıb. Maraqlıdır ki, bu görüşdə işdən çıxarılan digər şəxs, İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan, eləcə də onların dostu, İrəvan meri Tiqran Avinyan da iştirak edib".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  





Xəbər lenti