Qırğısıtanda sui-qəsd planının qarşısı alınıb

Qırğısıtanda sui-qəsd planının qarşısı alınıb
  20 Noyabr 2024    Oxunub:226
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinə sui-qəsd hazırlamaqda şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvünü saxlayıb.
AzVision.az Qırğızıstan DMTK-nin mətbuat mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, saxlanılan olunan şəxs kriminal avtoritet Kamçıbek Qırğısıtanda Asanbekin rəhbəri olduğu mütəşəkkil cinayətkar qrupun fəal üzvü Ruslan Duyşeyevdir.

“Duyşeyev axtarışda olarkən DMTK rəhbərliyinə sui-qəsd təşkil etmək planı hazırlayıb. Asanbekin yaxın adamlarından biri olan Duyşeyev əvvəllər dəfələrlə ağır və xüsusilə ağır cinayətlərə - soyğunçuluğa, qətlə görə məhkum edilib. Saxlanılan Duyşeyev DMTK-nin İstintaq Təcridxanasına yerləşdirilib”, - mətbuat mərkəzinin açıqlamasında deyilir.

Qeyd edək ki, kriminal avtoritet Kamçıbek Asanbek ötən ilin oktyabrında saxlanarkən Bişkekin mərkəzində DMTK-nin xüsusi təyinatlıları tərəfindən güllələnib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qırğızıstan   sui-qəsd  





Xəbər lenti