Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabit kadrların hazırlanması və bu istiqamətdə tədris prosesinin səviyyəsinin yüksəldilməsi istiqamətində kursantların xüsusi qayğı ilə əhatə olunmasını, Akademiyanın şəxsi heyətinin üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk etməsini və bundan qürur duymalarını xüsusi vurğulanıb.
Tədbir zamanı istifadəyə verilmiş yeməkxana kompleksinə, əsaslı təmir olunmuş tədris korpuslarına və kursant yataqxanasına baxış keçirilib, xatirə fotoşəkilləri çəkdirilib. Sonda Dövlət Sərhəd Xidmətinin rəisi və rəhbər heyət kursantlarla nahar ediblər.
AzVision.az