Peskov: "Rusiyada miqrantlara ehtiyac var"

      Peskov:    "Rusiyada miqrantlara ehtiyac var"
  22 Noyabr 2024    Oxunub:355
"Rusiyada gərgin demoqrafik vəziyyət fonunda dinamik inkişaf üçün xaricdən gələn işçilərə tələbat var".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə müsahibəsində dilə gətirib.

"Dünyanın ən böyük ölkəsində yaşayırıq, amma əhali azdır. Dinamik inkişaf naminə, bütün inkişaf planlarını həyata keçirməyimiz naminə, əlbəttə, bizə işçi miqrantlar lazımdır. Onları məmnuniyyətlə qarşılayırıq", - Peskov vurğulayıb.

Onun fikrincə, ölkədə miqrantlar arasında xoşagəlməz halları aradan qaldırmaq üçün əmək miqrasiyası tənzimlənməli, bu sahədə sərt, lakin anlaşıqlı qaydalar qoyulmalıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   miqrantlar  





Xəbər lenti