WSJ: “Pilotları döyüş zonalarının üstündən uçmağa məcbur edirlər”

      WSJ:    “Pilotları döyüş zonalarının üstündən uçmağa məcbur edirlər”
  23 Noyabr 2024    Oxunub:265
Təhlükəsizlik narahatlıqlarına baxmayaraq, Avropanın bəzi aviaşirkətləri pilotları Yaxın Şərqdəki döyüş bölgələri üzərindən keçən marşrutlarla uçmağa məcbur edir.
AzVision.az xəbər verir ki, Avropanın Pilotlar assosiasiyasına istinadən belə məlumat yayan “The Wall Street Journal (WSJ)” qəzeti bölgədə atılan raketlərin sayının kəskin artmasından sonra da mülki təyyarələrin Yaxın Şərqdə döyüş bölgəsi üzərində uçuşlarını davam etdirdiyini yazıb.

Aviasiya təhlükəsizliyinin təminatı ilə məşğul olan “Osprey Flight Solutions” şirkətinin məlumatına görə, 2023-cü ildə hər ay 10 raketdən atıldığı, halda bu il hər ay orta hesabla 162 raket buraxılıb.

“Bu zonada uçan təyyarələrə qəsdən zərbə endirilməsi riskinin artmasına baxmayaraq, hökumətlər və aviasiya tənzimləyiciləri hava məkanını bağlamaqda və ya məhdudlaşdırmaqda ləng davranıblar. Oktyabrın 1-də İranın İsrailə kütləvi raket hücumu zamanı pilotlar və sərnişinlər uçan raketləri pəncərələrdən görüblər”, - WSJ vurğulayıb.

Nəşrin iddiasına görə, daha sonra ballistik raketlərlə hava məkanının bölüşən onlarla təyyarə tələyə düşüb. Həmin hücum zamanı İranın İsrail istiqamətində 400-ə yaxın raket atdığı bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   pilotlar   təhlükə  





Xəbər lenti