İsrail və Livan hərbi əməliyyatları dayandırmaq barədə ilkin razılığa gəliblər

    İsrail və Livan hərbi əməliyyatları dayandırmaq barədə ilkin razılığa gəliblər
  25 Noyabr 2024    Oxunub:1080
Əldə olunan ilkin razılığa əsasən, ABŞ-nin rəhbərlik etdiyi nəzarət komitəsi yaradılacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Axios" yazır. Razılaşmaya əsasən "Hizbullah"ın sərhəd yaxınlığında hərbi mövcudluğu ləğv edilir. Bölgəyə Livan ordusu yerləşdirilir.

Hizbullah" ağır silahlarını və birləşmələrini Litani çayının şimalına, sərhəddən 30 kilometr uzaqlığa köçürməlidir.

Yalnız bundan sonra İsrail ordusu Livanın cənubundan geri çəkilir.

Bu şərtlər altında 60 günlük keçid dövrünü nəzərdə tutan atəşkəs sazişi müzakirə olunur.

Bu xəbəri Livanda dinc əhali sevinclə qarşılayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti