Paşinyan KTMT sammitində iştirakdan imtina edib

Paşinyan KTMT sammitində iştirakdan imtina edib
  27 Noyabr 2024    Oxunub:800
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitində iştirak etməyəcək.
Bu barədə TASS məlumat yayıb.

Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək
Dünən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 28-də keçiriləcək sessiyasında iştirak etməyəcəyini söyləmişdi. Uşakov bununla belə, siyasətçinin iclasda razılaşdırılmış sənədlərin qəbulunun əleyhinə olmadığını bildirmişdi.

Xatırladaq ki, Paşinyan avqustda bəyan etmişdi ki, Ermənistan KTMT-nin bütün qurumlarında iştirakını dondurub və hələlik başqa qərarlar qəbul etmək fikrində deyil. Onun sözlərinə görə, təşkilat Ermənistanın təhlükəsizliyinə, ölkənin gələcəkdə mövcudluğuna və suverenliyinə təhdidlər yaradır.

KTMT Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxil olduğu regional dövlətlərarası təşkilatdır. KTMT-nin əsas məqsədi üzv ölkələri xarici silahlı hücumdan qorumaqdır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   KTMT   Paşinyan  





Xəbər lenti