Bankların aktivləri 50 milyarda yaxınlaşır

   Bankların aktivləri 50 milyarda yaxınlaşır
  27 Noyabr 2024    Oxunub:302
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hazırda fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 697,8 milyon manat təşkil edib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ilin əvvəlində bu göstərici 49 milyard 178,2 milyon manat olub.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,5 faiz artaraq 43 milyard 254,6 milyon manata, depozit portfeli 3,9 faiz artaraq 34 milyard 373,9 milyon manata çatıb. Bu məbləğin 13 milyard 969,5 milyon manatı fiziki, 20 milyard 404,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir.

Eyni zamanda, bankların kredit portfeli 374,6 milyon manat artaraq 27 milyard 80,5 milyon manat olub. Kredit portfelinin 54 faizini (14 milyard 628,1 milyon manat) biznes kreditləri, 30,6 faizini istehlak kreditləri (8 milyard 277,8 milyon manat) və 15,4 faizini ipoteka kreditləri təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti