Tbilisidə etiraz aksiyalarında 107 nəfər saxlanılıb

Tbilisidə etiraz aksiyalarında 107 nəfər saxlanılıb
  30 Noyabr 2024    Oxunub:894
Tbilisidə 29-30 noyabr tarixlərində keçirilən etiraz aksiyasında hüquq-mühafizə orqanları qanuni polis tələbinə tabe olmamaq və kiçik xuliqanlıq səbəbindən 107 nəfəri saxlayıb.
"Report"un xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Bütün gecə boyu mitinq iştirakçıları polisə sözlü və fiziki müqavimət göstərib. Rustaveli prospektindəki insanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, daşlar, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar. Nümayişçilərin zorakılıq hərəkətləri nəticəsində DİN-nin 10 əməkdaşı xəsarət alıb", - nazirlik bildirib.

AzVision.az


Teqlər: Gürcüstan   etirazlar  





Xəbər lenti