Ermənistanda 5 bal gücündə zəlzələ olub

Ermənistanda 5 bal gücündə zəlzələ olub
  02 Dekabr 2024    Oxunub:339
Ermənistanda zəlzələ baş verib.
Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat şöbəsinin yaydığı məlumata görə, ölkənin Seysmik Mühafizə Xidməti saat 08:38-də 3,4 bal gücündə zəlzələ qeydə alıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
"Episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib.Zəlzələ Stepanavan və Taşir şəhərlərində, eləcə də respublikanın Lori rayonunun Metsavan, Katnarat və Privolnoye kəndlərində hiss olunub", - məlumatda qeyd edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti