Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirəcəyi ilə hədələyib
“Onun ölkəsi ABŞ-yə qeyri-qanuni miqrant axını ilə məşğul olmasa, Tramp elə andiçmə günü bütün Kanada mallarına 25 faiz idxal rüsumları tətbiq edəcəyi ilə Trüdonu hədələyib. O, həmçinin ticarət kəsirinin azaldılmasının vacibliyini bildirib. Trüdo bu cür tədbirlərin Kanada iqtisadiyyatını məhv edəcəyini bildirdikdən sonra Tramp Kanadanın yəqin ki, ABŞ-nin 51-ci ştatı ola biləcəyini vurğulayıb”, - telekanalın yayımladığı xəbərdə deyilir.
Materialın müəllifləri qeyd ediblər ki, ABŞ-nin yeni seçilmiş prezidentinin bu ifadəsi Kanadanın baş nazirinin “əsəbi gülüşünə” səbəb olub, Tram isə Trüdonun Amerikanın 51-ci ştatının qubernatoru ola biləcyini söyləyib.
Qeyd edək ki, noyabrın 30-da Castin Trüdo Kanada, Çin və Meksikadan gələn mallara yeni tariflərin tətbiqi ilə bağlı Trampla danışıqlar aparmaq üçün Floridaya səfər edib. ABŞ-nin yeni seçilmiş prezidenti, öz növbəsində, bu görüşü “məhsuldar” adlandırıb.
Sahil İsgəndərov
AzVision.az