İrəvan meriyası tətilə qoşulan sürücüləri kütləvi şəkildə işdən qovur

   İrəvan meriyası tətilə qoşulan sürücüləri kütləvi şəkildə işdən qovur
  03 Dekabr 2024    Oxunub:458
“İrəvan avtobusu" QSC-nin 18 sürücüsü tətildə iştirak etdiyinə görə işdən qovulub.
AzVision.az xəbər verir ki, bu barədə İrəvan meriyasının mətbuat katibi Hayk Kostanyan məlumat yayıb.

İrəvan meriyası tətil edən sürücüləri həbslə hədələdi - VİDEO
Xatırladaq ki, “İrəvan avtobusu" QSC-nin sürücüləri çərşənbə axşamı səhər saatlarında tətil elan ediblər. Avtobuslar təyinatları üzrə xətlərə çıxmayıb və bu səbəbdən Ermənistan paytaxtının müxtəlif rayonlarındakı dayanacaqlarda uzun növbələr yaranıb. Vətəndaşlar uzun müddət ictimai nəqliyyatdan istifadə edə bilməyiblər.

Ölkədə nəqliyyat böhranına səbəb olan aksiya iştirakçıları maaş artımı ilə yanaşı, tualet kimi qəribə tələblər də ortaya qoyublar.

Aksiyalarda sürücülərin şəhərdə onların istifadə edə biləcəyi tualetinin olmamasına dair giley-güzarı daha çox diqqət çəkib. Etirazçılardan biri jurnalistlərə deyib: “Tualetimiz yoxdur... Yaxşı olardı ki, avtobusu dayanacaqda saxlayıb təbii ehtiyaclarımızı ödəyə bilərdik...”

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tətil   İrəvan  





Xəbər lenti