Trampın dəvəti Pekin üçün gözlənilməz olub

   Trampın dəvəti Pekin üçün    gözlənilməz    olub
  13 Dekabr 2024    Oxunub:300
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dəvət ilə andiçmə mərasimində iştirak etmək üçün Vaşinqtona gəlməyəcək.
AzVision.az xəbər verir ki, Amerikanın “CBS” telekanalı belə məlumat yayıb. Ağ Evin yeni rəhbərinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib.

“Standart təcrübə olan tədbirdə Çinin ABŞ-dəki səfiri və xanımının iştirakı gözlənilir. Amma səfirə Si Cinpinin özünün yox, Pekindən olan digər rəsmilərin qoşula biləcəyi istisna deyil”, - mənbələr istinadən telekanal bildirib.

Həmçinin qeyd olunur ki, ABŞ-Çin münasibətlərində “ciddi protokol və mürəkkəb dinamikaya öyrəşməsi” və Trampın niyyətləri ilə bağlı anlaşılmazalıq səbəbindən qeyri-rəsmi kanallar vasitəsilə ötürülən bu dəvət Pekin üçün “gözlənilməz olub”.

Daha əvvəl “CBS” telekanalı mənbələrə istinadən Trampın Si Cinpini öz andiçmə mərasiminə dəvət etdiyi barədə məlumat yaymışdı. Daha sonra respublikaçıların keçid qrupunun sözçüsü Karolin Levitt bunu təsdiqləsə də, Çin sədrinin dəvəti qəbul edib-etmədiyini dəqiqləşdirməyib. Öz növbəsində Çinin Xarici İşlər nazirliyinin nümayəndəsi Mao Nin dəvətlə bağlı vəziyyəti şərh etməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Si   andiçmə  





Xəbər lenti