Putin G20 sammitinə dəvət almayacaq
Bu qərar Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidentinin həbsinə order verməsi ilə bağlıdır. CAR ICC-nin fəaliyyətinin əsasını təşkil edən Roma Statunu təsdiqlədiyinə görə, Rusiya liderinin bu ölkəyə səfəri zamanı onu həbs etməlidir. Oxşar qaydalar 2023-cü il avqustun 22-dən 24-dək Yohannesburqda keçirilən BRİCS-in 15-ci sammiti zamanı da qüvvədə olub.
“Yohannesburqda keçirilən BRİCS sammitindən sonra hüquqi vəziyyət dəyişməyib. Biz heç bir şəkildə ICC-nin qərarlarına təsir edə bilmərik”, - Maqvenya vurğulayıb.
Bir il əvvəl Valdimir Putin videobağlantı vasitəsilə BRİKS sammitində iştirak edib. Həmin tədbirdə Moskvanı əyai şəkildə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov təmsil edib.
G20 ən inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları olan ölkələrin hökumətləri klubudur. Dekabrın 1-dən Cənubi Afrika 12 ay müddətinə sədrliyi təhvil alıb. Gələcə sammitin 21-22 noyabr 2025-ci il tarixlərində baş tutacağı gözlənilir.
Xatırladaq ki, ötən ilin martında ICC Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar ukraynalı uşaqların deportasiyası ilə bağlı “Ukraynada müharibə zamanı törədilmiş hərbi cinayətlərdə” şübhəli bilinirlər. Moskva ICC-nin qərarını hüquqi cəhətdən etibarsız adlandırıb, Rusiyanın İstintaq Komitəsi isə, öz növbəsində, ICC-nin prokuroru və hakimlərinə qarşı cinayət işi açıb.
Sahil İsgəndərov
AzVision.az