"Joğuvurd" qəzeti "nazir ovu"nun növbəti qurbanının Anait Avanesyan olduğunu qeyd edib: “Hakim "Mülki Müqavilə” partiyasının dekabrın 12-də keçirilən son iclasında səhiyyə naziri Anait Avanesyan və ətraf mühit naziri Akop Simidyan tənqid edilib. Partiya üzvləri Avanesyanı səhiyyə sektorundakı baxımsızlıqda və sistemdə sözün həqiq mənasında eybəcər bir vəziyyətin yaradılmasında günahlandırıblar. Onlar vətəndaşların bu sahə ilə bağlı tez-tez tənqidlər səsləndirməsini bildiriblər. Bundan əlavə, Anaitin partiya yoldaşları Səhiyyə Nazirliyinin "Wigmore" klinikası ilə milyonlarla drama başa gələn müqavilələrini şübhəli sövdələşmələr adlandırıblar".
İrəvanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu? |
Növbə ətraf mühit naziri Akop Simidyana çatanda, o, fəaliyyətsizlikdə və ekoloji sahədə acınacaqlı vəziyyətin yaranmasında ittiham olunub. Xüsusən də partiya üzvləri ağacların kəsilməsinin hazırki miqyasını qəbuledilməz hal adlandırıblar.
Xatırladaq ki, son zamanlar ölkədə istefa şousu cərəyan edir. Daxilii işlər naziri Vahe Qazaryan, Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan Paşinyanın "xahişi ilə" öz vəzifələrini tərk ediblər.
Bundan başqa, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, İstintaq Komitəsinin rəisi Argişti Kərəmyan, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyan da vəzifədən uzaqlaşdırılıblar.
Tural Tağıyev
AzVision.az