TƏBİB-ə bağlı tibb müəssisələrinə 79 rəhbər işçi qəbul edilib

TƏBİB-ə bağlı tibb müəssisələrinə 79 rəhbər işçi qəbul edilib
  18 Dekabr 2024    Oxunub:401
2024-cü ildə TƏBİB-ə bağlı tibb müəssisələrinə 79 rəhbər işçi qəbul edilib
TƏBİB -in İcraçı direktoru Vüqar Qurbanov 2024-cü ildə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 79 nəfərin rəhbər heyətə işə qəbul edildiyini açıqlayıb. Bu barədə o, "Səhiyyə İdarəçiləri Zirvəsi" tədbirində çıxışı zamanı məlumat verib.

Vüqar Qurbanov bildirib ki, 2024-cü ildə TƏBİB tabeli tibb müəssisələrinə 24,2 milyon müraciət qeydə alınıb və ötən dövr ərzində 83,2 milyon tibbi xidmət göstərilib.

“Bu il ərzində tibb müəssisələrinin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizəd müsahibəyə dəvət edilib. Onlardan 79 nəfəri müsahibəni uğurla keçərək işə qəbul olunub. Bununla yanaşı, 21 müəssisənin ümumi ştat və strukturu dəyişdirilib” – deyə İcraçı direktor qeyd edib.

Bundan əlavə, Vüqar Qurbanov TƏBİB tabeli tibb müəssisələrində səhiyyənin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar barədə danışıb. O, pasiyentlər arasında sıxlığı minimuma endirmək məqsədilə canlı və onlayn növbə sistemlərinin təşkil edildiyini vurğulayıb. İcraçı direktor qeyd edib ki, 2024-cü ildə vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən faydalanıblar.

Tural Tağıyev
AzVision.az


Teqlər:





Xəbər lenti