Sudan Rusiya ilə sazişdən imtina edib

Sudan Rusiya ilə sazişdən imtina edib
  19 Dekabr 2024    Oxunub:286
Sanksiyalar təhlükəsi səbəbindən Sudan öz ərazisində Rusiya hərbi dəniz bazasının yerləşdirilməsindən boyun qaçırıb.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Port Sudanda hərbi-dəniz bazasının tikintisi hələ 2019-cu ildə müzakirə edilmişdi və ölkələr hətta müqavilə bağlamışdılar. Lakin Sudandakı vətəndaş müharibəsi səbəbindən bu müqavilə təsdiqlənməmişdi.

“İndi razılaşma naminə Sudana S-400 hava hücumundan müdafiə sistemi təklif edən ruslar, “barter” həyata keçirmək qərarına gəldilər. Lakin ABŞ və digər Qərb ölkələrindən mənfi reaksiya qorxusundan bu təklif yenə də rədd edilib”, - Sudanın kəşfiyyat məlumatlarına istinad edən jurnalistlər yazırlar.

Livan və Suriyadakı mövqelərini itirməsi fonunda İranın da oxşar danışıqlar apardığı və bunun müqabilində Sudana hərbi dəstək təklif etdiyi iddia olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Sudan   baza  





Xəbər lenti