Tramp Avropa İttifaqına ultimatum verib

Tramp Avropa İttifaqına    ultimatum    verib
  20 Dekabr 2024    Oxunub:413
Son illər Rusiyadan təbii qaz asılılığını kəskin surətdə azaldan Avropa İttifaqı (Aİ) bu məsələdə indi də Vaşinqtonun təzyiqləri ilə üzləşməyə başlayıb.
xəbər verir ki, ABŞ-nin gələcək prezidenti Donald Tramp Brüsselin Amerikadan neft və qaz alışını artırmayacağı təqdirdə Aİ-yə qarşı idxal rüsumlarını artırmaq niyyətində olduğunu açıqlayıb.

“Mən Avropa İttifaqına dedim ki, o, ABŞ-la olan böyük ticarət kəsirini bizdən neft və qazın alışını əhəmiyyətli dərəcədə artırmaqla doldurmalıdır. Əks halda o, tam proqrma üzrə tariflərlə üzləşəcək!”, – Tramp özünün “Truth Social” şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Tarmp artıq bir neçə dəfə Aİ və Kanadaya belə xəbərdarlıqlar ünvanlayıb. Yeri gəlmişkən, iqtisadi cəhətdən ABŞ-nin ən güclü rəqibi sayılan Cinə münasibətdə də Donald Tramp analoji mövqe sərgiləyir.




Teqlər: Tramp   Avropa   ultimatum  





Xəbər lenti